Kanadanın ən böyük hava limanı olan Toronto Beynəlxalq Hava Limanı qar fırtınası səbəbindən bütün uçuşların dörddə birindən çoxunu ləğv etməli olub.
Arazmedia.az xarici KİV-ə istinadən xəəbr verir ki, bunu hava limanının saytı məlumat yayıb.
Bildirilir ki, gedişlərin 27%-i və gəlişlərin təxminən 28%-i ləğv edilib. Mütləq mənada bunlar müvafiq olaraq 409 və 414 uçuşdur.
Hava limanının administrasiyası sərnişinlərə növbəti gecikmələr və ləğvlər təhlükəsi barədə xəbərdarlıq edib.