![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/01/1674712881.58f887615cef5.jpg?resize=700%2C500&ssl=1)
Qış aylarında yüksək dağlıq ərazilərə yağan qar nəticəsində toplanan qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Arazmedia.az-a bildirib ki, bu ilin yanvar ayının 1-ci ongünlüyündə dağlıq ərazilərdə yağan qar kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.
“Yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə bu ilin mart ayının 1-ci yarısında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində qarölçmə işləri aparılacaq”.