Amerika prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makron , Almaniya kansleri Olaf Şolz , İtaliyanın baş nazirləri Giorgi Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı zamanı Ukraynaya yardımla bağlı məsələləri müzakirə edib .
Arazmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bayden bu səhər Makron, Şolz, Meloni və Sunak ilə Ukraynaya yardımın koordinasiyası haqqında danışıb”, – hesabatda deyilir.
Bundan əvvəl ABŞ administrasiyasının rəsmisi Ukraynaya 31 M1 Abrams tankının göndərildiyini təsdiqləyib . ABŞ həmçinin səkkiz M88 zirehli bərpa maşını bağışlayacaq. Qərb ölkələri də yaxın həftələrdə Ukraynaya yüzlərlə zirehli texnika, o cümlədən tanklar ötürməyi planlaşdırır. Onun sözlərinə görə, bu, ABŞ- ın Kiyevin özünümüdafiəsini artırmaq üçün lazımi silahlarla təmin etmək səylərinin davamı olacaq .