DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb

1 dəqiqəyə oxunur

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı R.Məmmədov narkotik maddəni tanışı Ayaz adlı şəxsdən, M.Mikayılov isə Ramil adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Qəribov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs də izahatında satış üçün əldə etdiyi narkotik maddəni tanışı Ramildən aldığını etiraf edib.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə A.Qəribov və M.Mikayılova narkotik vasitələri satan Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov da saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.