DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Siyəzəndə avtobusun aşması nəticəsində xəsarət alan olmayıb

1 dəqiqəyə oxunur

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.

Arazmedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.O bildirib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb:

“Avtomobil dayandan sorna sürüşməyə başlayıb və aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.