Rusiyanın Nenets Muxtar Dairəsində göyərtəsində sərnişinlərin olduğu “An-2” təyyarəsi qəzaya uğrayıb. Arazmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisəyə səbəb əlverişsiz hava şəraiti, o cümlədən buzlaşma olub. Qəza nəticəsində 2 nəfər ölüb. Məlumata görə, təyyarədə 2-si ekipaj üzvü olmaqla ümumilikdə 12 nəfər olub. Təyyarə sərt eniş edib. Share