DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Quba, Qusar və Xaçmazda 35 yol qəzası olub

1 dəqiqəyə oxunur

Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı  Qusarda 7 (07.01.23 – 2- 08.01.23 – 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Arazmedia.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmazda 13 (07.01.23 – 4 – 08-01-23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.

Qubada 15 (07.01.23 – 6 – 08.01.23 – 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb,  27 avtomobilə zərər dəyib.