DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bakıya qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

1 dəqiqəyə oxunur

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 08-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Arazmedia.az-a verilən xəbərə görə, şimal-şərq küləyi 07-si axşamdan 09-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Yanvarın 08-i axşamdam 12-dək yolların buz bağlaması ehtimalı var.

Azərbaycanın rayonlarında

Bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Külək: Şimal-şərq küləyi 07-si axşamdan 09-u gündüzədək bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Yollar: Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.