İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Arazmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 840 min nəfər əhalisi olan Padanq şəhərindən 340 kilometr cənub-qərbə təsadüf edib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntılar barədə məlumat verilməyib.