Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Arazmedia.az-a verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Həsən bəy Zərdabi küçəsi, Musabəyov parkı istiqamətində; 5. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Share