Fransada 2022-ci il dünya çempionatının finalının təkrar keçirilməsini tələb edirlər.
Arazmedia.az xəbər verir ki, Petisiya Fransanın “Mesopinions” platformasında yayılıb. Ona artıq 200 mindən çox şəxs imza atıb.
“Hakimlik tamamilə satılıb, penalti yox idi. Argentinanın 2-ci qolunda Mbappeyə qarşı kobudluq var idi!”, – petisiyada qeyd olunub.
Xatırladaq ki, DÇ-2022-nin finalında Argentina penaltilər seriyasında Fransaya qalib gəlib. Əsas vaxt 2-2 hesabı ilə başa çatıb və komandalar əlavə vaxtda hərəyə daha bir qol vurublar.
Matçı Şimon Marçinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edib.