DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Çavuşoğlu Azərbaycan Prezidentinə məktub göndərdi

1 dəqiqəyə oxunur

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Arazmedia.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident.

Zati-alinizin doğum gününü səmimi-qəlbdən təbrik edirəm.

Can Azərbaycan qətiyyətli liderliyinizlə gündən-günə güclənmiş və inkişaf etmiş, Qarabağda əldə olunan şanlı Zəfər bu gücü bütün dünyaya nümayiş etdirmişdir.

Cənab Prezidentimizin və Zati-alinizin rəhbərliyi ilə regionumuzda və dünyanın hər tərəfində nümayiş etdirdiyimiz həmrəylik və əməkdaşlığı “Bir millət, iki dövlət” anlayışı ilə daha da yüksək səviyyələrə çatdırmaqda qərarlıyıq.

Bu hiss və düşüncələrlə doğum gününüzü bir daha təbrik edir, Zati-alinizə cansağlığı, uzun ömür və sevinc dolu illər arzulayıram.