Son günlər güclü qar yağdığı Yaponiyanın Niiqata prefekturasında ən azı 9800 ev işıqsız qalıb.
Arazmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Niiqatada bir neçə sürətli yol bağlandığından avtomobillərin hərəkəti çətinləşir. Bir sıra marşrutlarda qatarların hərəkəti də dayandırılıb. Bir neçə istiqamətdə qatarların hərəkəti də dayandırılıb. Yaponiya özünümüdafiə qüvvələri yolların təmizlənməsinə cəlb olunub.
Həmçinin Niiqatada qarın təsiri nəticəsində bir nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilib.