DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Taliban” qadınların ali təhsil almasını qadağan etdi

1 dəqiqəyə oxunur

Taliban” hakimiyyəti qadınların ali təhsil almasını qadağan edib.

Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,  “Taliban” beynəlxalq qəzəblərə məhəl qoymadan qadınların həyatına məhdudiyyətləri gücləndirib.

Ali təhsil naziri Neda Mohammad Nadeem tərəfindən imzalanan bütün dövlət və özəl universitetlərə göndərilən məktubda deyilir: “Siz hamınız qadınların təhsilinin növbəti bildirişə qədər dayandırılması ilə bağlı sözügedən sərəncamın dərhal həyata keçirilməsinin zəruriliyi barədə məlumatlısınız”.

Ali təhsilə qadağa minlərlə qız və qadının ali məktəblərə qəbul imtahanlarından 3 ay sonra tətbiq edilib.

“Taliban” Əfqanıstanı ələ keçirdikdən sonra universitetlər dərslərin və girişlərin cinslərə görə bölünməsi də daxil olmaqla yeni qaydalar tətbiq etməli olublar.  

Artıq ölkədə bir çox qızların orta məktəblərdə oxumasına qadağa qoyulub ki, bu da ali məktəblərə daxil olmaq imkanlarını ciddi şəkildə azaldır.