Sumqayıt şəhərində sexdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 2000 m² olan polietilen istehsalı sexinin sahəsi 200 m² olan bir bölümündə taxta atmalar 20 m² sahədə, 1 ədəd əritmə qurğusu və divara quraşdırılan elektrik lövhəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.