DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Britaniyalı səfir ADAU-da – FOTOLAR

1 dəqiqəyə oxunur

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Nərgiz Hacıyeva və təşkilatın digər əməkdaşları Gəncə şəhərinə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Arazmedia.az xəbər verir ki, qonaqlarla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında məlumat verib. Z. Qurbanov deyib ki, Aqrar Universitet professor-müəllim və tələbə heyətinin dil biliklərinin artırılması istiqamətində “British Council” təşkilatı ilə birgə əməkdaşlıq etməkdə maraqlıdır.

Səfir Fergus Auldun Britaniyanın ali təhsil müəssisələri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək olmağa hazır olduğunu deyib. Diplomat ADAU-nun tanınmış və qədim ənənələri sahib ali təhsil müəssisəsi olduğunu da bildirib.

Çıxış edən Bəxtiyar Aslanbəyli BP-nin həyata keçirdiyi layihələr və proqramlar haqqında məlumat verərək ADAU ilə birgə layihələrin həyata keçirilməsi üçün təkliflər verib.
Sonra birgə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdən sonra qonaqlar Universitetin Aqronomluq tədris binasında yerləşən laboratoriyalarada baş çəkiblər.