“Twitter” işçiləri kütləvi şəkildə işdən çıxmağa başlayıblar. Çünki İlon Mask bu günü son tarix kimi müəyyənləşdirmişdi – hər kəs “Twitter 2.0″ı yaratmaq üçün çox çalışacaq, şirkətdə qalacaq, əks təqdirdə isə onunla vidalaşmağa gəlsinlər”.
Arazmedia.az “The New York Times”a istinadən xəbər verir ki, dünən saat 17:00-da yüzlərlə “Twitter” əməkdaşı işdən çıxmaq qərarına gəlib.Bu qərarı təsdiqləmək üçün sosial şəbəkələrdə müvafiq emojilər yerləşdiriblər.
Kütləvi ixtisar prosesini dayandırmaq üçün “Twitter” sahibi Mask və müşavirləri “kritik” hesab edilən bəzi işçilərlə görüşlər keçirib.