DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Azərbaycanda polis əməkdaşları qəzaya düşdü – Ölən və yaralananlar var

1 dəqiqəyə oxunur

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Arazmedia.az xəbər verir ki, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.