ABŞ Rusiya ilə bağlı sanksiyalar siyahısına daha 28 hüquqi və 14 fiziki şəxs əlavə edib.
Arazmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ABŞ Dövlət Departamenti ilə birlikdə Rusiya hərbi sənaye kompleksini dəstəkləyən texnologiyalar alan transmilli şəbəkəyə qarşı sanksiyalar tətbiq edib”, – deyə məlumatda bildirilir.
Məhdudiyyətlər, xüsusən də Ermənistanın Milur Electronics MMC (Milur Electronics) və əlaqəli İsveçrə vətəndaşı Jak Paşa, Estoniya və İsveçrə vətəndaşı Holger Leng və rusiyalı Mixail Pavlyuk, Tayvanlı Sharp Edge Engineering Inc. (Sharp Edge), İsveçrənin Alstone Investment AG şirkəti, o cümlədən Federasiya Şurasının üzvü Süleyman Kərimovun qohumları, xüsusən onun qardaşı oğlu Nəriman Gənciyev və onunla əlaqəli Constellation Advisors Ltd şirkəti və s. aid edilib.
Sanksiyalar həmçinin İmperator Aviasiyasının idarə etdiyi səkkiz təyyarəni əhatə edib.
Nazirlik ABŞ-ın “Rusiyanın silahlarını artırmaq səylərini, o cümlədən bu işdə Rusiyaya yardım edən hər hansı xarici şəxsi hədəfə almağa davam edəcəyini” vurğulayıb.