![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/11/image_2022-11-11_174923440.png?resize=640%2C360&ssl=1)
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Arazmedia.az xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.
“QAZ-3308″ markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra “VAZ-21099” markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəzaya uğrayan “QAZ 3308”-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanlar hamısı hərbçilərdir.
Faktla bağlı araşdırma aparılır.