DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

“2050-ci ilə qədər demoqrafik göstəriciləri hesablamışıq” – Nazir

1 dəqiqəyə oxunur

“Azərbaycan əhalisinin demoqrafik hesablamalarını həm özümüz aparmışıq, həm də bu işə beynəlxalq ekspertləri cəlb etmişik. 2050-ci ilə qədər demoqrafik göstəriciləri hesablamışıq”.

Arazmedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2035-ci ilə qədər problem yoxdur, 2035-2045-ci ildə yaşlanma olur, 2045-dən sonra çağırışlar yaranır.

“Bu hesablamalar pensiya sisteminin dayanıqlılığına təminat verir. Biz bu illər ərzində formal məşğulluğu təmin etməliyik. Ona görə bütün fokus formal məşğulluğun təmin edilməsinə yönəldilib”.