DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Zəfər Günü Ələt qəsəbəsində qeyd olundu – FOTOLAR

1 dəqiqəyə oxunur

Zəfər günü ilə əlaqədar Qaradağ Rayonu Ələt qəsəbəsində “Mətin” Ailəvi İstirahət Əyləncə Mərkəzinin rəhbərliyi tərəfindən Ələt qəsəbəsində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün Bayram tədbiri təşkil edilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı Şair Ruslan Rüstəmov qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs edib.

Daha sonra isə, “Mətin” İstirahət Mərkəzi tərəfindən tədbir iştirakçıları üçün çay süfrəsi və Bayram süfrəsi təşkil edilib.

Arazmedia.az redaksiya olaraq bu gözəl dəstəyə görə “Mətin” İstirahət Mərkəzinin əziyyət və əməyi keçən, çox peşəkarcasına xidmət göstərən kollektivinə təşəkkür edirik!

Təşəbbüsü irəli sürdüyünə görə isə, Ələt qəsəbə sakini Şair Ruslan Rüstəmova təşəkkür edirik! Məlumat üçün bildirək ki, Şair Ruslan Rüstəmov hər zaman vətənpərvər tədbirlərdə öndə olmuş, belə tədbirlərin ərsəyə gəlməsində fəallıq göstərmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Məkanları Cənnət olsun!

Hacıağa Qayıbov