![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/11/1667798964_qarabagh.jpg?resize=600%2C400&ssl=1)
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Arazmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.
Səpələnməmişlər səbətində olan “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.