DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi

1 dəqiqəyə oxunur

Göygöl rayonunda Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verilib.

Arazmedia.az xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin əmr imzalayıb. Əmrə əsasən Namiq Sahib oğlu Cəfərov Rayon İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə Asan Xidmət Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və “Şuşanın azad olunmasına görə” eləcədə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.