![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/11/1667535731.ukrayna.jpg?resize=700%2C500&ssl=1)
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Xerson vilayətinin Malaya Seydeminuxa kəndini Rusiya hərbçilərindən azad edərək orada dövlət bayrağını qaldırıblar.
Arazmedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bayrağı 61-ci əlahiddə səhra briqadasının hərbçiləri ucaldıblar.
Daha əvvəl Pentaqon rəhbəri Lloyd Ostin deyib ki, Ukrayna hərbçiləri səmərəli və metodik işlədikləri üçün Xersonu öz nəzarətlərinə qaytara bilərlər.