Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən 8 Noyabr – Zəfər Günü ərəfəsində bayram münasibəti ilə əlaqədar olaraq dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrini ziyarət etməyi, onların bayramlarını təbrik edərək, ailələrə yardım edilməsi planlaşdırılıb.
Arazmedia.az xəbər verir ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri Lökbatan qəsəbəsi şəhid Məzdək Əli oğlu Eyvazlının, şəhid kapitan Pərviz Ələddin oğlu Məmmədovun, şəhid Rafiq Baloğlan oğlu İbadovun ailələrini ziyarət olunub.
Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilmiş, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.