DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukraynada həyəcan siqnalı verildi

1 dəqiqəyə oxunur

Səhər saatlarından etibarən Ukraynanın əksər bölgələrində hava həyəcan siqnalı səslənib. 

Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, hazırda qərb bölgələri istisna olmaqla, bütün vilayətlərdə və paytaxtda həyəcan siqnalı verilib.

Məlumatda bildirilir ki, bütün ukraynalılar sığınacaqlara getməli və həyəcan siqnalı çalana qədər orada qalmalıdırlar.