DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Polis evlərə basqın edən iki oğrunu hadisə yerində yaxaladı

1 dəqiqəyə oxunur

Son 2 gündə Bakıda iki evdən oğurluğa cəhd edilib.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın 24-də saat 23 radələrində İ.Abbasov küçəsindəki  xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. 

Dərhal polis əməkdaşları həmin ünvana gəlib. Oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb. O, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilib. 

Analoji hal oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsində də baş verib. Belə ki, Sabunçu Rayon Mühafizə İdarəsinə xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. 

Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş F.Abdulovu saxlayıblar. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.