Gürcüstanda zəlzələ baş verib. Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, birinci zəlzələ saat 13:20-də Dmanisi rayonunun Məmişli kəndində qeydə alınıb. İkinci zəlzələ isə Tbilisi vaxtı ilə saat 13:39-da Tsalkanın Salamaleykum kəndində qeydə alınıb. Zəlzələ 3,7 bal gücündə olub. Share