Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb. Arazmedia.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Share