Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə hücumları nəticəsində şəhərdə iki ayrı partlayış baş verib. Hücumların kamikadze dronlarla həyata keçirildiyi bildirilib.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiyev bələdiyyəsi xalqı “sığınacaqlarda qalmağa” çağırıb.
Fevralın 24-dən bəri davam edən Rusiya- Ukrayna müharibəsində gərginlik davam edir. Ukrayna ordusu Rusiya üçün böyük əhəmiyyət kəsb edən Krım körpüsünü partladıb. Rusiya isə qisas almaq üçün Ukraynanın paytaxtı Kiyevi bombardman edir. Oktyabrın 10-da baş verən hücumlarda onlarla insan ölüb və yaralanıb.