Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Arazmedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Hüseynova Nüşabə Camal qızı yolu süpürərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Share