ABŞ lideri Cozef Bayden 2024-cü ildə ikinci müddətə prezidentliyə namizəd olmaq niyyətindədir.
Arazmedia.az xəbər verir ki, bu barədə Amerikanın NBC News telekanalı məlumat yayıb.
Məlumata görə, Bayden Ağ Evdə qaradərili vətəndaş hüquqlarının müdafiəçisi və prezident Barak Obama dövründə Ağ Evin keçmiş müşaviri olan Al Şarptonla şəxsi söhbətində niyyətini açıqlayıb.
Bildirilib ki, onların söhbəti sentyabrda baş tutub.
O, prezidentliyə namizədliyini nəzərdə tutaraq, “Mən bunu yenidən edəcəyəm” deyib.
Qeyd edək ki, ABŞ prezidenti 20 noyabr 1942-ci ildə anadan olub, onun indi 79 yaşı var. Bayden 78 yaşında vəzifəyə gələndə ölkə tarixində ən yaşlı ABŞ prezidenti oldu.