Bakıda əsas avtomobil yollarında hazırda müşahidə edilən vəziyyət açıqlanıb. Arazmedia.az-ın məlumatına görə, aşağıdakı yollarda sıxlıq var: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. 20 Yanvar dairəsində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində; 6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər); 7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Babək prospekti, mərkəz istiqamətində; 9. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində; 10. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində Share