“Ukraynanın məhv edilməsini tələb edən Rusiya səfərbərlik elan edib”.
Arazmedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkə hesabında yazıb.
“Sərhədlər bağlanıb, bank hesabları dondurulub. Bu gün baş verənlər həyatın ironiyasıdır. Doğrudan da, hər şey plana uyğun gedir?!”,- deyə o qeyd edib.