Milli Məclisin deputatı Aydın Hüseynovun seçicilərlə görüşü davam edir.
Milli Məclisin deputatı Aydın Hüseynovun Qaradağ rayonuna səfərləri davam edir. Sentyabr ayının 19-da millət vəkili növbəti dəfə Qaradağ rayonundakı ofisində sakinləri qəbul edib. Həmişə olduğu kimi bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ ilə bağlı deputat müvafiq addımların atılacağını bildirib, bəzi məsələlər yerindəcə həll edilib.
Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları hər həftə qəbul etmək deputat Aydın Hüseynovun əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə millət vəkili hər həftə Qaradağ rayonuna səfər edir, rayon İcra Hakimiyyətinin başçısı ilə birgə səyyar görüşlər keçirir. Eyni zamanda rayonda keçirilən kütləvi tədbirlərdə iştirak edir.