![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/09/1663082014.63209d48ec73263209d48ec733166308180063209d48ec73063209d48ec731.jpg?resize=700%2C500&ssl=1)
Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.
Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
“09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur”, – qeyd olunub.