Ötən həftə dünyada yeni növ koronavirusa 3,8 milyon nəfər yoluxub ki, bu da iyun ayının ortalarındakı rəqəmlərlə eynidir. Arazmedia.az xəbər verir ki, bu hesablamanı TASS agentliyi aparıb. Koronavirusa yoluxma 7 həftədir ardıcıl olaraq azalır. Ötən həftə Covid-19-dan 12 400 nəfər vəfat edib. Bu səviyyə yayın əvvəllərində qeydə alınmışdı. Ötən həftə ən ciddi yoluxma Yaponiya və Cənubi Koreyada olub. Share