![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/09/image_2022-09-12_102807367.png?resize=620%2C440&ssl=1)
Bakıda avtomobil yollarında sıxlıq olan ərazilər açıqlanıb.
Arazmedia.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq olan yolların siyahısını təqdim edirik:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.