Arazmedia.az reporta istinadən xəbər verir ki, hadisə şəhərin “Qalayçılar” məhəlləsində – B.Mirsalayev küçəsində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb. Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib, alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq. Share