DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ələtdə şəhid Elnur İbrahimovun doğum günü keçirildi – Fotolar

1 dəqiqəyə oxunur

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı giziri Elnur Dönməz oğlu İbrahimovun doğum günü keçirilib.

Arazmedia.az xəbər verir ki, Doğum günü tədbiri şəhidin dəfn olunduğu rayonun Ələt qəsəbəsində baş tutub.
Şəhidin doğum günündə Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon Təşkilatının sədri Qafar Əliyev, Ələt qəsəbə bələdiyyəsinin sədri Azad Musayev, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra mərasim iştirakçıları şəhid İbrahimov Elnur Dönməz oğlunun məzarı önünə əklil və gül dəstələri qoyublar.