DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

İdmançılarımızın V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülməsi böyük nailiyyətdir – Aydın Hüseynov

2 dəqiqəyə oxunur

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Prezident İlham Əliyevin Olimpiya Oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir.” 

Bu fikri Milli Məclisin deputatı Aydın Hüseynov “İki sahil”ə açıqlamasında bildirib.

A.Hüseynov qeyd edib ki, avqustun 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.  Bu ənənə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxladığının daha bir təsdiqidir. Nəticə əldə edən idmançılarımızla rəsmi görüş zamanı Prezident İlham Əliyev bildirdi ki, Oyunlarda dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Həqiqətən də ən güclü idmançıların iştirak etdiyi yarışlarda 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc olmaqla, 99 medalın qazanılması böyük uğurdur.

Deputat diqqətə çatdırıb ki, ölkənin gənclər və idman siyasətinin əsas məqsədi ilk növbədə güclü iqtisadi-siyasi əsaslara söykənən dövlətin möhkəm əllərdə qorunub saxlanılmasına və mövcud təməl üzərində inkişafın pik nöqtəsinə doğru getməsinə aparan, vətənpərvərlik ruhunda böyüyən sağlam gənc nəsil yetişdirməkdir. Bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də onların artıq qalib ölkənin təmsilçiləri olmaları,  iki il bundan əvvəl əldə olunmuş tarixi Qələbəmizdir.