DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu il 105 uşağa Polad adı verilib

1 dəqiqəyə oxunur

Bu il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

Arazmedia.az-ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 105 uşağa Polad adı verilib.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2018-ci ildə 55, 2019-cu ildə 53, 2020-ci ildə 193, 2021-ci ildə isə 306 körpəyə Polad adı verilib. 

Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Qeyd edək ki, bu gün Milli Qəhrəman Polad Həşimovun şəhid olmasından iki il ötür.