DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Qarabağ” klubu “Lex” komandasını darmadağın etdi

1 dəqiqəyə oxunur

“Qarabağ” komandası UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) – “Lex” (Polşa) oyunu keçirilib.

Arazmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda “Qarabağ” komandası 5:1 hesablı qələbə qazanıb.

Ağdam təmsilçisinin heyətində Kadi Borges dubl edib, Filip Ozobiç, Kevin Medina və Abbas Hüseynov fərqləniblər. Rəqib komandada yeganə qolun müəllifi Kristoffer Velde olub.

Beləliklə, Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. “Lex” isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.