DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

ÜST meymunçiçəyi ilə bağlı təcili müdaxiləyə keçməyə ÇAĞIRDI

1 dəqiqəyə oxunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge hökumətləri meymun xəstəliyinin yayılmasına qarşı mübarizəni gücləndirməyə çağırıb.

Arazmedia.az xəbər verir ki, bu barədə ÜST-nın yaydığı bəyanatda deyilir.

ÜST-nin regional ofisinin rəhbəri deyib: “Əgər biz bu xəstəliyin gedişatını dəyişdirmək və davam edən yayılmasını geri qaytarmaq istəyiriksə, təcili və əlaqələndirilmiş fəaliyyət lazımdır”.

Onun məlumatlarına görə, təşkilatın Avropa regionu may ayının ortalarından bəri bütün dünyada laboratoriya tərəfindən təsdiqlənmiş və bildirilmiş halların demək olar ki, 90%-ni təşkil edir və iyunun ortalarından bu yana yoluxmaların sayı üç dəfə artaraq 4,5 mindən çox olub.

Portuqaliyadakı Dutor Rikardo Xorxe Milli Sağlamlıq İnstitutunun alimləri meymun çiçəyi virusunun gözləniləndən 6-12 dəfə daha sürətli inkişaf etdiyini aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, meymun çiçəyinin sürətli mutasiyası genetik kodu kopyalayarkən səhvlər yaradaraq virusları öldürən APOBEC3 kimi immun fermentləri ilə qarşılıqlı əlaqə ilə bağlı ola bilər.