![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/06/1650171813.zelzeleee-1-1.gif?resize=700%2C500&ssl=1)
Gürcüstanda 4,1 maqnitudalı zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:49-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonundan 25 kilometr cənub-qərbdə, Sameba kəndi yaxınlığında olub.