Dünya Bankı ərzaq təhlükəsizliyi ilə mübarizədə Şərqi və Cənubi Afrika ölkələri üçün 2,3 milyard dollarlıq proqramı təsdiqləyib.
Arazmedia.az Reuters-ə istinadən xəbər verir ki, bankın açıqlamasına görə, iyul ayına qədər regionda təxminən 66,4 milyon insan qida stressi və ya qida böhranı, fövqəladə vəziyyət və ya aclıq yaşayacaq.
Ekstremal hava şəraiti, zərərvericilər və xəstəliklərin yayılması, siyasi və bazar qeyri-sabitliyi və qarşıdurmaların səbəb olduğu qida sistemində şoklar getdikcə tez-tez və şiddətlənir və daha çox insanı ərzaq təhlükəsizliyi riski ilə üz-üzə qoyur. Ukraynadakı müharibə bu təsirləri daha da gücləndirir, qlobal ərzaq, yanacaq və gübrə bazarlarını pozur”, – Dünya Bankının bəyanatında deyilir.
DB həmçinin bildirib ki, Şərqi və Cənubi Afrika Qida Sisteminin Dayanıqlılığı Proqramı adlanan layihəsi ilk növbədə təxminən 22,7 milyon insanın quraqlıq səbəbindən qida çatışmazlığı ilə üzləşdiyi Efiopiyaya, eləcə də 7,8 milyon insanın yaşadığı Madaqaskara diqqət yetirəcək.