İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Arazmedia.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.