DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Multimodal logistika şirkəti – “Kabuter Qrup” Bakı Limanı ilə işgüzar əlaqələrini genişləndirir

1 dəqiqəyə oxunur

“Kabuter Qrup”unun Baş icraçı direktor və təsisçisi cənab Yohannes Kabuterin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 iyun 2022-ci il tarixlərində Bakı Limanında işgüzar səfərdədirlər. Bu gün nümayəndə heyəti Ələtdə Bakı Limanına səfər edib və limanın rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı Bakı Limanı ilə “Kabuter Qrup” arasında mövcud biznes tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub.
Belə ki, “Kabuter Qrup” artıq Azərbaycanda fəaliyyətə başlayıb və Bakı Limanı vasitəsilə Çinə yüklərin daşınmasını təşkil edir. Səfər zamanı nümayəndə heyəti Bakı Limanındakı terminallarda “Kabuter Qrup”a məxsus yüklərin daşınması prosesini müşahidə etdilər.
Qeyd edək ki, 25 noyabr 2019-cu il tarixində Bakı Limanı ilə “Kabuter Qrup” arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropadan Mərkəzi Asiya və Çinə yükdaşımaların gücləndirilməsi və genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
“Kabuter Qrup” Hollandiyada yerləşən multimodal logistik həlllər şirkətidir. Şirkət istənilən təyinat yerinə dəmir yolu, avtomobil, su, hava yolu ilə yüklərin, konteynerlərin, qoşquların, körpülərin, qaldırılan və ya qaldırıla bilməyən aqreqatların, avadanlıqların və s. daşınmasını təşkil edir. Şirkətin logistika sənayesində 60 illik təcrübəsi mövcuddur.

Hacıağa Qayıbov,

Arazmedia.az