Futbol üzrə Argentina millisi yoldaşlıq görüşündə Estoniya yığmasını 5:0 hesabı ilə məğlub edib. Görüş İspaniyanın Pamplona şəhərində keçirilib.
Arazmedia.az xəbər verir ki, oyunda bütün qolları Lionel Messi vurub (9, 45, 47, 71 və 76-cı dəqiqələrdə). Argentinalı üçün bu penta-trik milli komanda heyətindəki oyunlarda ilk olub. Daha öncə L.Messi klub karyerasında bir dəfə penta-trik edib.
Ümumilikdə, hücumçu Argentina millisinin heyətində 86 qol vurub ki, bu da millinin tarixində ən yaxşı göstəricidir.